Elmi Cavab | Niyə mövhumata inanırıq?

Elmi Cavab | Niyə mövhumata inanırıq?
  15 Avqust 2013    Oxunub:8225
Elmdə “göyərçin mövhumatı” adlı məşhur bir eksperiment var. Eksperimentin mahiyyəti belədir: Göyərçinləri bərabər zaman fasiləsi ilə yemləyirlər. Tutaq ki, hər 4 saatdan bir. Müəyyən müddətdən sonra quşlar bunun səbəbini axtarmağa çalışırlar. Əlbəttə, şüurlu şəkildə yox (quşların şüuru buna imkan vermir), instinktiv olaraq. Amma hər halda, onların davranışında dəyişiklik yaranmağa başlayır. Onlara dən verilən anda göyərçinlər hansı hərəkəti edirdilərsə, həmin hərəkəti tez-tez təkrarlamağa başlayırlar.
Göyərçinə elə gəlir ki, əgər yem verilməzdən əvvəl o, qanadlarını çırpıbsa, demək, bu hərəkət ilə yem verilməsi faktının arasında hansısa əlaqə var. Və yaxud, başqa göyərçin əgər yem verilməzdən əvvəl dimdiyini qəfəsə sürtürdüsə, o da belə nəticə çıxarır ki, həmin hərəkəti ilə yem verilməsi arasında hansısa əlaqə var. Bir sözlə, hər bir göyərçin yem verilməsi faktını etdiyi hansısa hərəkətlə bağlamağa çalışır.

Biz insanlar bu baxımdan göyərçinlərdən çox da fərqlənmirik. Çünki insan beyninin bəzi hissələri heyvan beyninin anoloji hissələrindən o qədər də fərqlənmir. Ona görə də bizim də bir çox qərarlar “göyərçin mövhumatı”nı xatırladır.

Niyə belə olur? Çünki bizim beynimiz həmişə qarışıq proseslərdə qanunauyğunluq axtarmağa çalışır. Xaosdan qaçır. Məntiq olmayan yerdə məntiq görmək istəyir. Bu səbəbdən, biz onu olmadığı yerlərdə “tapırıq”. Çox vaxt əslində mövcud olmayan prinsiplər uydururuq. Əlaqəsiz şeyləri bir-biri ilə əlaqələndirməyə çalışırıq. Mövhumata meyilli olmağımızın səbəbi də bununla bağlıdır.


Teqlər:





Xəbər lenti